Əfqanıstanda sel nəticəsində 18 nəfər ölüb, onlarla insan xəsarət alıb

Əfqanıstanda sel nəticəsində 18 nəfər ölüb, onlarla insan xəsarət alıb

Əfqanıstanın cənubundakı Zabul və Qəndəhar əyalətlərində son 3 gündə baş verən daşqınlar nəticəsində 18 nəfər həyatını itirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

“Taliban”ın müvəqqəti hökumətinin Təbii Fəlakətlərlə Mübarizə Nazirliyinin sözçüsü Məhəmməd Nesim Hakkani bildirib ki, Zabul və Qəndəhar əyalətlərində son 3 gündə 10-u “Taliban” üzvü olmaqla, 18 nəfər sel fəlakətində həyatını itirib.

Sel zamanı 20-dən çox insanın yaralandığını bildirən Hakkani 3 gündə yüzlərlə evin dağıldığını qeyd edib.

Hakkani həmçinin qeyd edib ki, son bir ayda baş verən daşqınlar nəticəsində 120 nəfər ölüb, daha 152 nəfər yaralanıb.

Təbii fəlakət körpüləri dağıdıb. Son bir ayda ümumilikdə 3 min ev seldən zərər çəkib.

O əlavə edib ki, nazirlik daşqınlardan zərər çəkənlərə maddi və ərzaq yardımı edir.

Əfqanıstanın Meteorologiya İdarəsi də güclü yağışlar səbəbindən yaxın günlərdə ölkənin bəzi əyalətlərində daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

20 − three =