Əl-Aləm İmam Hüseyninin (ə) Ərbəini üçün dünyanın ən böyük yürüşünün başlaması ilə bağlı xəbər verib-Video

Əl-Aləm İmam Hüseyninin (ə) Ərbəini üçün dünyanın ən böyük yürüşünün başlaması ilə bağlı xəbər verib-Video

Xuzistan meri bildirib ki, İmam Hüseyn (ə) zəvvarlarının Çəzabə və Şəlamçi iki keçid məntəqəsindən keçməsi üçün lazımi tədbirlər görülüb.

Əl-Aləm müxbirinin verdiyi məlumata görə, İranın cənub-qərbindəki Çəzabə sərhəd-keçid məntəqəsi Əba Abdullah Hüseynin (əleyhis-salam) zəvvarlarının yola düşməsi üçün əsas keçidlərdən biridir ki, burada Ali-Əba ailəsinin aşiqləri xidmət çadırları quraraq zəvvarları qəbul etməyə hazırlıq görüb.

Onlar həmçinin Kərbəlaya gedən yolda İmam Hüseyn (ə) zəvvarlarının yürüşlərinin təşkili üçün hazırlıq işlərini də təmin edirlər.

Çəzabə sərhəd-keçid məntəqəsinə çatmağın başlanğıc nöqtəsi İranın cənub-qərbində yerləşən “Təriqul-Hüseyn” kimi tanınan yoldur.

Çəzabə keçidi iranlı zəvvarların azadlıq sevərlərin qibləsinə, yəni müqəddəs Kərbəlaya üz tutduqları əsas keçidlərdən biridir.

Zəvvarların Kərbəlaya yola düşməsini asanlaşdırmaq üçün Xuzistan meri Sadiq Xəliliyan Ərbəinlə bağlı  məsul şəxlərlə görüş keçirib.

O, Əl-Aləm müxbirinə bildirib ki, əziz zəvvarların Çəzabə və Şələmçi keçidlərindən keçməsi üçün istər avtomobil dayanacaqlarının təchiz olunması, istərsə də Ərbəin zəvvarlarına xidmət göstərəcək çadırların təchiz edilməsi baxımından lazımi tədbirlər görülüb.

Əl-Aləm müxbirinin verdiyi məlumata görə, İmam Hüseyn (ə) zəvvarlarına xidmət etmək şərəf və iftixar məsələsidir və İmam Hüseynin (ə) aşiqləri bu şərəfi onlara təqdim etməyə çalışırlar.

Buna görə də, bir çox yürüşçülər Ərbəin yürüşündən əvvəl yürüşləri tam təchiz etməyə hazırlaşıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

thirteen − 5 =