Əl-Qaidə liderinin ölümünün sübutları var, amma… – Kirbi

Əl-Qaidə liderinin ölümünün sübutları var, amma… – Kirbi

Publika.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Bizdə onun DNT-si yoxdur və biz onu əldə etməyəcəyik. Açığı, istifadə etdiyimiz müxtəlif mənbələri və məlumat əldə etmək üsullarını nəzərə alsaq, buna ehtiyacımız yoxdur” – deyə Kirbi terrorçu liderin məhv edilməsi üzrə son əməliyyatı şərh edib.

Onun sözlərinə görə, Amerika tərəfinin “vizual təsdiqi, eləcə də müxtəlif mənbələr və üsullarla əldə edilmiş sübutu” var.

Xatırladaq ki, “Politico” mötəbər mənbələrə istinadən yazıb ki, Birləşmiş Ştatlar həftəsonu Əfqanıstanda əks-terror əməliyyatı keçirib, nəticədə “Əl-Qaidə” terror qruplaşmasının lideri Ayman əl-Zəvahirini məhv etməyə nail olub.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ten + two =