Ənsarullah lideri: Bizim prioritetimiz təcavüzə qarşı durmaqdır

Ənsarullah lideri: Bizim prioritetimiz təcavüzə qarşı durmaqdır

Yəmənin Ənsarullah hərəkatının lideri vurğulayıb ki, bizim birinci prioritetimiz Amerika və İsrailin arxasında durduğu təcavüzə qarşı durmaqdır.

Yəmənin Ənsarullah hərəkatının lideri Seyid Əbdülməlik Bədruddin Əl-Husi bu çərşənbə axşamı İmam Səccadın (ə) oğlu Zeyd bin Əlinin şəhadətinin ildönümündə vurğulayıb: “Zeydin hərəkatı əxlaq və prinsiplər baxımından çox əhəmiyyətlidir.”

Əl-Husi əlavə edib: Zeyd ibn Əlinin (ə) hərəkatı Qurani-Kərimə və həqiqi Məhəmməd (s) yolunun genişlənməsinə əsaslanır və bu, Zeyd ibn Əlinin İslam ümmətini əsarət və zəlalətdən xilas etməyə çalışdığı hərəkat hesab olunur.

Əməvi tüğyanının bütün qadağaları pozduğunu, müqəddəs şeyləri məhv etdiyini, İslam dinini oyuncağa çevirdiyini və İslam ümmətini əsarət altına aldığını bildirərək deyib: “Zeydin hərəkatı dini zərurət və ilkin İslam dininin davamı idi.”

Yəmənin Ənsarullah hərəkatının lideri deyib: “Birinci prioritetimiz Amerika və İsrailin arxasında durduğu təcavüzə qarşı durmaqdır. Kim təcavüzə qarşı durmağı üstün tutmursa, o deməkdir ki, o, bu təcavüzün həcminə və hədəflərinə məhəl qoymur.”

Mövcud atəşkəsə baxmayaraq, müharibənin bitdiyini düşünüb başqa işlərlə məşğul olmamalıyıq. Müvəqqəti atəşkəs rejiminin kölgəsində düşmənlərin bütün planlarına qarşı bundan sonra da ən yüksək hazırlıq və ayıq-sayıq olmağımız prioritet istiqamətlərimizdəndir.

Təcavüzkar koalisiyaya təcavüzə və blokadaya son qoymaq üçün atəşkəsdən istifadə etməyi tövsiyə edirəm, çünki təcavüzün davam etməsi bu koalisiya üçün ağır nəticələrə səbəb olacaq.

Əbdülməlik Yəmənin təcavüzü və mühasirəsinin yaratdığı problemlər haqqında deyib: “Təcavüzkar koalisiya, oğrular və işğalçılar Yəmənin bütün neft və qaz gəlirlərini talayırlar.

Onun bir hissəsini də satqınlar oğurlayır. Talan edilmiş neft və qaz gəlirləri üçün mövcud blokadanın kölgəsi altında olan neft obyektlərini azad etmək üçün alternativlər yaratmağa çalışmaq asan məsələ deyil.”

O, Fələstinə dəstək haqqında da deyib: Bizim prioritetlərimizdən biri Fələstin məsələsində prinsipial mövqeyimizdə möhkəm dayanmaq, normallaşmaya qarşı çıxmaq və İslam ümmətinin azad insanları ilə əlaqələr qurmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

three × 2 =