Ərəb analitikləri: Amerikanın neftə daimi ehtiyacı Co Baydeni bölgəyə cəlb etdi

Ərəb analitikləri: Amerikanın neftə daimi ehtiyacı Co Baydeni bölgəyə cəlb etdi

Ərəb analitikləri bildirdilər ki, Amerika neftə daimi ehtiyacı və bir sıra mühüm məsələlərdə birgə işləməsi səbəbindən Qərbi Asiyadan uzaqlaşa bilməz.

2020-ci il prezident seçkiləri kampaniyası zamanı Səudiyyə Ərəbistanı hökmdarlarını Camal Xaşeqçinin qətlinə görə cavabdehlik verəcəyini iddia edən ABŞ-ın Demokratik prezidenti Co Bayden, Ər-Riyada gözlənilən səfərini və Kral Salman Şah və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla görüşməsini əsaslandırıb.

Co Baydenin açıqlamaları “Washington Post” qəzetində “Niyə Səudiyyə Ərəbistanına gedirəm” başlığı ilə dərc olunub.

Misirin “Əl-Ğəd” şəbəkəsi bununla bağlı bir sıra ərəb analitikləri ilə söhbət edib. “Əl-Şərq” strateji araşdırma mərkəzinin direktoru Sumeyr Ət-Təqi Əl-Ğəd-ə deyib ki, Amerika Qərbi Asiya ilə münasibətləri bərpa etməli olduğunu başa düşüb, xüsusən də bütün dünyaya təsir edən Ukrayna müharibəsindən sonra.

Ət-Təqi əlavə edib: Amerika neftə daimi ehtiyacı və bir sıra mühüm məsələlərdə birgə işləməsi səbəbindən Yaxın Şərqdən uzaq qala bilməz.

Onun sözlərinə görə, Co Bayden Washington Post qəzetindəki məqaləsi ilə Amerikanın xarici siyasətindəki əsas dəyişikliyi əsaslandırır.

Ət-Təqi deyib: Təbii ki, təkcə bu bir səfər region ölkələri ilə ABŞ arasında hərbi və diplomatik sahədə uzunmüddətli münasibətlərdə dəyişiklik etmək üçün kifayət deyil.

Strateji məsələlər sahəsində tədqiqatçı olan Məhəmməd Əl-Hərbi də Əl-Ğədə bildirib ki, Amerikanın strategiyasında və Qərbi Asiya hadisələri ilə bağlı milli prioritetlərində açıq-aşkar dəyişiklik müşahidə oluna bilər.

Əl-Hərbi vurğulayıb: Rusiya və Ukrayna arasındakı müharibə bu məsələdəki dəyişikliklər, Yaxın Şərqdəki geosiyasi mövqelərin yenidən qiymətləndirilməsi və eyni zamanda dəyərləndirilməsi üçün mühüm amil olub, bütün dünya dəyişir və Amerika hökuməti bunu dərk edib.

O, əlavə edib ki, Amerika hökuməti 2021-ci ilin əvvəlində Qərbi Asiya işlərindən geri çəkilməyə çalışıb, lakin buna nail olmayıb.

Bununla əlaqədar olaraq, Reuters xəbər agentliyi dörd məlumatlı mənbəyə istinadən eksklüziv hesabatında bildirib ki, ABŞ prezidenti Co Bayden administrasiyası Səudiyyə Ərəbistanına hücum silahlarının satışına qoyulan qadağanın mümkün ləğvini müzakirə edir, lakin görünür, hər hansı yekun qərar Ər-Riyadın irəliləyişindən asılıdır.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 × 4 =