Ərəb şeyxindən Ronaldoya fantastik təklif

Ərəb şeyxindən Ronaldoya fantastik təklif

İngiltərə nəhəngi “Mançester Yunayted”də çıxış edən Kriştiano Ronaldoya Səudiyyə Ərəbistan klublarının birindən dodaquçuqladan təklif edilib.

BAKU.WS xəbər verir ki, iddiyaya görə, klub Ronaldoya 2 illik müqavilə və mövsüm başına 125 milyon avro təklif edib.

Premyer Liqada yeni mövsümə hazırlaşan “Mançester Yunayted”də Ronaldonun klubdakı taleyi dəqiqləşməyib.

“NTV Spor”un xəbərinə görə,  Səudiyyə Ərəbistanından bir komanda Ronaldo üçün “Mançester Yunayted”ə 30 milyon avroluq transfer təklifi edib.

Qeyd edək ki, hazırda adı Avropa klubları ilə anılan Ronaldo ilə “Çelsi” və “Bavariya”nın da maraqlandığı iddialar arasındadır.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

9 − eight =