Ərdoğanla Paşinyanın ilk təması: bölgədə nələr dəyişir?

Ərdoğanla Paşinyanın ilk təması: bölgədə nələr dəyişir?

Bakının maraqları-istəkləri fonunda baş tutur;

Ankara-İrəvan münasibətlərinin normallaşmasından hər kəsin öz marağı var:

– Ermənistan Türkiyə – Qərb bazarına çıxış əldə etmək, Rusiya qarşısında ən azı iqtisadi platforma olaraq alternativ qazanmaq, “dalan ölkə” olmaqdan çıxmaq istəyir;

– Ankara qondarma “erməni soyqırımı” kartını tamamilə sıradan çıxarmaq, Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək istəyir;

– Bakı postmünaqişə dövrünün gündəliyinin – ermənilərin ərazi iddialarından əl çəkməsi, münasibətlərin normallaşması, sülh sazişinin imzalanması və s. – tamamilə reallaşmasını, Ermənistanda Türkiyə, dolayısı ilə həm də Azərbaycan təsirinin ayaq açmasını istəyir;

Bu perspektivə həm Qərb, həm də Rusiya paralel şəkildə mane olub, lakin indi regionun dəyişən gündəliyi, daha doğrusu, tarazlığın müharibədən sonrakı vəziyyətə qaytarılmaq istəyi müəyyən gözləntilər yaradır.

Birincisi, Ankara-İrəvan xəttində münasibətlərin normallaşması prosesində Moskva da iştirakçıdır: Paşinyan Putindən Ərdoğanla danışmaq üçün icazə istəmişdi (erməni mediasının məlumatı), Ərdoğan Paşinyanla danışdıqdan sonra Putinlə də danışdı;

İkincisi, Qərbin prosesdə iştirakı və müdaxilə imkanının zəiflədiyi, yaxud arxa plana keçirildiyi müşahidə olunur: Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə çıxdığı səfərindən sonra regionda Türkiyə və Rusiyanın ikili fəaliyyətinin önə çıxmasına dair anlaşmanın olması istisna deyil;

Normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri (Qərb) müəyyən qədər kənarlaşır, digəri (Rusiya) iştirakçıya çevrilir.

Rusiya “3+3” formatının qurulmasından yanadır, Türkiyənin, həm də Azərbaycanın da marağında olan bu formatın mümkünlüyü yenidən gündəmdədir. Və bu bizə imkan verir ki:

– 10 noyabr razılaşmasının bəndləri icra edilsin;
– Zəngəzur dəhlizi “dəhliz məntiqi” ilə açılsın: “dəhliz məntiqi” yola nəzarət baxımından Rusiyanın da marağındadır;
– Sülh sazişinin imzalanması şərtləri yetişsin;

“3+3” formatının yaranması perspektivi bunlardan, xüsusilə Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymasından asılıdır. Lakin bu şərtlərin necə yetişdiriləcəyi hələ də sual altındadır: danışıqlarla, yoxsa, razılaşmağa məcbur edəcək hərbi addımlarla?!

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

thirteen + 8 =