Əsgərlərin sümüklərini qəbirdən çıxarıb şəkər zavoduna satdılar

Əsgərlərin sümüklərini qəbirdən çıxarıb şəkər zavoduna satdılar

Vaterlo döyüşü yəqin ki tarix kitablarından çoxlarının yadındadır.

Lent.az-ın xəbərinə görə, 18 iyun 1815-ci ildə Belçikanın paytaxtı Brüsselin 20 kilometrliyində baş vermiş bu döyüş Fransa imperatoru I Napoleaonun sonuncu ağır məğlubiyyəti oldu. 

Təkcə bir gündə həm Fransa, həm də onun rəqiblərinin itkiləri 20 mini keçdi. Ümumi olaraq 4 gündə 60 minə yaxın əsgər və 7 min başdan çox at öldü. 
Bura qədər hər şey qaydasındadır. Müəmmalı olan hal başqadır. 

Məsələ burasındadır ki, ərazidə 100 ildir davam edən arxeoloji qazıntılarda üst-üstə 300 skelet tapılmayıb.  Hətta ingilislərin “qardaşlıq məzarı” deyildiyi ərazidə cəmi 1 skeletr aşkar edilib. Bəs bu necə olur?

Əvvəllər deyilirdi ki, cəsədlərdən gübrə istehsalında istifadə edilib. Lakin o dövrdə belə texnologiya olmadığı üçün iddia təsdiqini tapmayıb.
Bu günlərdə isə daha dəhşətli bir faktın üstü açılıb.

“Lepoint.fr” saytı yazır ki, 1747-ci ildə bir alman kimyaçı çuğundurdan şəkər almağın qaydasını kəşf etsə də sənaye üsulu ilə şəkər hasilatı 1811-ci ildə Fransada reallaşıb.

Səbəb də sadə idi: Britaniya donanması Napoleonun Antil adalarından şəkər daşımasına mane olduğu üçün, impterator bu sahədə tədqiqatlara ciddi pul ayırır.  

Bu prosesdə isə heyvan sümüyündən istifadə edilirdi. 

Sümüklər havasız şəraitdə qızdırlaraq kömürləşdirilir və ondan “heyvan kömürü” deyilən toz şəklində qara maddə alınırdı. Bu maddə şəkərin ağardılması üçün isifadə edilirdi. Nəzəri olaraq yalnız heyvan sümüklər.

1820-ci ildə Vaterlo ətrafında şəkər plantasiyaları və zavodlar çoxaldıqda pulsuz kəndlilər asan qazanc yolu tapırlar. Müharibənin izləri hələ itməmişdi, qəbir yerləri bilinirdi. 

Onlar da həm əsgər, həm də at sümüklərini qazıb çıxararaq şəkər zavodlarına satır və həyatlarını təmin edirdilər.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four − 2 =