2022-ci ilin bombardirləri açıqlandı: Kadi Borges dünya ulduzlarını qabaqlayır – SİYAHI

2022-ci ilin bombardirləri açıqlandı: Kadi Borges dünya ulduzlarını qabaqlayır – SİYAHI

2022-ci ilin ən yaxşı bombardirləri açıqlanıb.

BAKU.WS-in “apasport.az”a istinadən məlumatına görə, ilin ilk yeddi ayı ərzində bütün yarışlarda ən çox qol vuran futbolçular yer alıblar.

IFFHS-in cədvəlinə ən azı 17 dəfə fərqlənən 57 oyunçu daxil edilib. German Cano siyahıya başçılıq edir. “Fluminense”nin argentinalı forvardının aktivində 29 qol var.

Onu Fransa millisinin forvardları izləyirlər. Kilian Mbappe 27, Kərim Benzema isə 25 topla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşırlar.

“Qarabağ”ın hücumçusu Kadi Borges də siyahıya düşüb. Braziliyalı yarımmüdafiəçi il ərzində rəqib qapılarından ümumilikdə 19 top keçirib. O, hazırda dünyada ilin ən məhsuldar 17-ci futbolçusudur. Kadi siyahıda adları olan tanınmış simalar arasında Pablo Sarabia, Vissam Ben Yedder, Erlinq Haaland, Xın-Min Son, Harri Keyn, Mussa Dembele, Pedro, Lautaro Martines, Darvin Nunyes, Andre-Pyerr Jinyak kimi ulduzları qabaqlayır.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 + seven =