ABŞ Ali Məhkəməsində tarixi hadisəbaş verdi

ABŞ Ali Məhkəməsində tarixi hadisəbaş verdi

Afrika əsilli amerikalı Ketanci Braun Cekson Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin yeni üzvü olub.

Lent.az-ın CNN-ə istinadən məlumatına görə, o, and içib.

51 yaşlı Cekson təqaüdə çıxan 83 yaşlı Stiven Brayeri əvəz edib.

Ketanci Braun Cekson ABŞ Ali Məhkəməsində xidmət edən ilk afroamerikalı qadın olub.

Bundan əvvəl o, Kolumbiyada apellyasiyada hakim vəzifəsində çalışıb.

Amerikada federal hakimlər ömürlük təyin olunurlar. Onların namizədliyi senatorlar tərəfindən nəzərdən keçirilir. Ali Məhkəmə doqquz üzvdən ibarətdir.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

4 × 3 =