ABŞ Almaniyaya “F-35” qırıcıları və döyüş sursatlarının satışına razılıq verib

ABŞ Almaniyaya “F-35” qırıcıları və döyüş sursatlarının satışına razılıq verib

ABŞ Dövlət Departamenti Almaniya hökumətinə “F-35” döyüş təyyarələri, sursat və müvafiq avadanlıqların mümkün satışına razılıq vermək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun Müdafiə Əməkdaşlıq və Təhlükəsizlik İdarəsi bildirib.

Məlumata əsasən, bu müqavilələrin ümumi məbləği 8,4 milyard dollar təşkil edəcək.

Almaniya, bu məlumatlara görə, 35 ədəd “F-35” təyyarəsi, eləcə də onlar üçün 37 mühərrik alınmasını istəyib. Sorğuya, həmçinin qırıcılar üçün komponentlər və proqram təminatı daxildir.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

13 + 13 =