ABŞ-da atışma olub, iki nəfər ölüb

ABŞ-da atışma olub, iki nəfər ölüb

ABŞ-ın Texas ştatının Hyuston şəhərində atışma olub.

APA “Associated Press“ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 yeniyetmə ölüb, 1 nəfər isə yaralanıb.

Məlumata görə, münaqişə əyləncə gecəsində baş verib. Öldürülən yeniyetmələrin 17 yaşı olduğu bildirilib.

Bildirilib ki, hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

sixteen − one =