ABŞ-da təqibdən qaçan cinayətkar avtomobili insanların üzərinə sürüb, ölən və yaralılar var

ABŞ-da təqibdən qaçan cinayətkar avtomobili insanların üzərinə sürüb, ölən və yaralılar var

ABŞ-ın Nyu-York şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə “New York Post” qəzeti yazır.

Məlumata görə, hadisə şəhərin Bruklin adlanan ərazisində baş verib. Polisin təqibindən qaçmağa çalışan cinayətkar avtomobili insanların olduğu səkiyə sürüb. Nəticədə 67 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib, biri azyaşlı olmaqla 4 nəfər yaralanıb.

Azyaşlının vəziyyəti kritik qiymətləndirilir, daha iki nəfərin xəsarətləri ağır olmağına baxmayaraq, həyatlarına təhlükə yoxdur, bir nəfər isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Hadisəni törədən şəxs polis nəzarətinə alınıb.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

three × one =