ABŞ-dan NATO-ya ŞOK ÇAĞIRIŞ: Postsovet ölkələrini…

ABŞ-dan NATO-ya ŞOK ÇAĞIRIŞ: Postsovet ölkələrini…

Publika.az xəbər verir ki, bunu amerikalı senator Rend Pol Amerikanın Mühafizəkarlar jurnalı üçün yazdığı məqalədə bildirib.

O qeyd edib ki, SSRİ-nin tərkibində olan və hərbi bloka qoşulan ölkələr 2004-cü ildə NATO-nun beşinci genişlənməsindən sonra Latviya, Litva və Estoniya idi.

“Biz artıq emosional və siyasi mənfəət üçün boş sözlər deyə bilmərik. Biz NATO-nun genişlənməsini müzakirə edərkən bizə aydın olmalıdır ki, Sovet İttifaqının bir hissəsi olan qalan ölkələr alyansa qəbul edilməyəcək”, – Paul vurğulayıb.

O, həmçinin əlavə edib ki, Rusiya Finlandiyada müəyyən silah sistemlərinin yerləşdirilməsinə dözməyəcək.

Xatırladaq ki, iyulun 5-də NATO Finlandiya və İsveçin Şimali Atlantika Alyansına üzvlüyünün ratifikasiyası prosesinin başlandığını elan edib. NATO-nun daimi nümayəndələri iki ölkənin hərbi bloka qoşulması ilə bağlı protokollar imzalayıblar .

Qeyd edək ki, Stokholm və Helsinki kürd fəalları ölkədən çıxarmasa, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünə mane olacağına söz verib. Ankaranın bu tələbinin necə yerinə yetiriləcəyi hələlik bəlli deyil.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

17 + fifteen =