ABŞ Polşada 12 ədəd “F-22 Raptor” qırıcıları yerləşdirib

ABŞ Polşada 12 ədəd “F-22 Raptor” qırıcıları yerləşdirib

Regionda NATO missiyasını möhkəmləndirmək və alyansın şərq cinahını müdafiə etmək məqsədilə ABŞ Hərbi-Hava Qüvvələri Polşa ərazisində 12 ədəd “F-22 Raptor” qırıcıları yerləşdirib.

“Report” TASS-a istinadən xəbər verir ki, 12 təyyarə gündəlik uçuşlarda iştirak etməsə də, mütəmadi olaraq Avropanın hava məkanında görünür. Bu yaxınlarda Slovakiya, Estoniya, Baltik dənizi sahilləri və Avropanın cənubu üzərində təlim uçuşlarının keçirildiyi bildirilir.

Lask şəhərində olan və bu 12 qırıcının yerləşdirildiyi aviabazada ABŞ HHQ-nin daha 300 nümayəndəsi dislokasiya olunub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

9 − 4 =