ABŞ Rusiya ətrafında çəmbəri daraldır – Daha bir ölkəyə yarım milyardlıq HIMARS verilir

ABŞ Rusiya ətrafında çəmbəri daraldır – Daha bir ölkəyə yarım milyardlıq HIMARS verilir

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun Qarşılıqlı müdafiə əməkdaşlığı departamenti məlumat yayıb.

“Dövlət Departamenti təxmini dəyəri 500 milyon dollar olan M142 (HIMARS) artilleriya raket sistemləri və müvafiq avadanlıqların Estoniyaya mümkün satışını təsdiqləyib”, – məlumatda qeyd olunur.

Estoniyanın ümumilikdə altıya qədər HIMARS yaylım atəşli reaktiv sistemlər, 36-ya qədər GMGLRS idarə olunan yaylım atəşli raket sistemləri, raket blokları və raketlər xahiş etdiyi bildirilir.

İndi mümkün satışla bağlı məsələ Konqresdə nəzərdən keçiriləcək. Bununla belə Pentaqon vurğulayıb ki, bu texnikanın satışı regionda əsas hərbi balansı dəyişməyəcək.

Qeyd edək ki, ABŞ bundan əvvəl HIMARS yaylım atəşli reaktiv sistemlərini Ukraynaya tədarük edib. Ukraina.ru saytının məlumatına görə, Ukraynada bu sistemlər ABŞ və Böyük Britaniyadan olan hərbçilər tərəfindən idarə olunur. Ukrayna hərbçiləri isə yalnız onların müdafiəsi ilə məşğuldur.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four + eighteen =