ABŞ Rusiyaya görə bu platformaları HƏDƏF ALDI

ABŞ Rusiyaya görə bu platformaları HƏDƏF ALDI

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) adı açıqlanmayan Ağ Ev rəsmilərinə istinadla xəbər verir.

Nəşr bildirib ki, ABŞ hakimiyyəti Rusiya Federasiyasının istifadə edə biləcəyi xarici bankları və kriptovalyuta platformalarını hədəfə almaq niyyətindədir.

WSJ-nin mənbələri bildiriblər ki, məhdudiyyətlərin tətbiqindən sonra növbəti vəzifə Moskvanın idxal və ondan gəlir təmin edən marşrutlarını bağlamaqdır. Buna görə də Vaşinqtonun hədəfləri arasında banklar və kriptovalyuta platformaları var.

Bundan əlavə, Birləşmiş Ştatlar Rusiyadan olan iş adamlarının hesablarının və aktivlərinin müəyyənləşdirilməsini, habelə Rusiya Federasiyasına sanksiyaya məruz qalmış məhsulların ixracı aşkar edilən xarici təşkilatların cəzalandırılmasını davam etdirməyi planlaşdırır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

six − one =