ABŞ Suriyada İŞİD liderinin məhv edildiyini bildirib

ABŞ Suriyada İŞİD liderinin məhv edildiyini bildirib

ABŞ hərbçiləri Suriyada “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının liderini hava zərbəsi nəticəsində məhv edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bildirib.

Məlumata əsasən, ABŞ Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Suriyanın şimal-qərbində İŞİD-in iki “yüksək rütbəli nümayəndəsi”ni atəşə tutub:

“İŞİD-in ilk beş əsas liderindən biri və Suriyadakı İŞİD lideri Maher əl-Aqal həmin zərbə nəticəsində öldürülüb. Maherlə yaxın əlaqələri olan yüksək rütbəli İŞİD rəsmisi zərbə nəticəsində ağır yaralanıb”.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

two × one =