ABŞ Ticarət Nazirliyi Çinin təşkilatını “qara siyahı”ya salıb

ABŞ Ticarət Nazirliyi Çinin təşkilatını “qara siyahı”ya salıb

ABŞ Ticarət Departamenti Çinin yeddi təşkilatını, o cümlədən, milli təhlükəsizliyə təhlükə yaradan aerokosmik sənaye ilə əlaqəli olan təşkilatları “qara siyahı”ya salıb.

“Report” TASS-a istinadən xəbər verir ki, nazirliyin Sənaye və təhlükəsizlik bürosunun bu barədə müvafiq bildirişi ABŞ hökumətinin rəsmi sənədlər toplusu hesab edilən federal reyestrdə yerləşdirilib.

“ABŞ hökuməti müəyyən edib ki, bu təşkilatlar ölkənin milli təhlükəsizliyi və xarici siyasət maraqlarına zidd fəaliyyət göstərir”, – mətndə deyilir. Amerikalı səlahiyyətlilər iddia edir ki, sözügedən Çin təşkilatları hərbi modernləşdirmə səylərini dəstəkləmək üçün ABŞ istehsalı olan mallar alıb və ya almağa cəhd ediblər.

Siyahıya Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının, Çin Kosmik Texnologiyalar Akademiyasının, Çin Elektron Texnologiya Korporasiyasının tədqiqat institutları, eləcə də “Zhuhai Orbita Control Systems” təşkilatı daxil edilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four × two =