Aİ-dən KRİTİK QƏRAR: 2023-cü il yanvarın 1-dən…

Aİ-dən KRİTİK QƏRAR: 2023-cü il yanvarın 1-dən…

Publika.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa Şurasının saytında məlumat verilib.

“Bu gün Aİ Şurası Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avronu qəbul edə bilməsi üçün zəruri olan üç yekun hüquqi aktı qəbul edib. Bu, Aİ Şurasındakı prosesi başa çatdırır ki, bu da Xorvatiyanın Avrozonaya üzv olmasına və gələn ildən Aİ-nin ümumi valyutası – avronun istifadəsindən bəhrələnməyə imkan verəcək”, – mesajda deyilir.

Keçid dövrü üçün Xorvatiya kunasının sabit məzənnəsi bir avro üçün 7,53450 Xorvatiya pul vahidi səviyyəsində müəyyən edilmişdir.

Xəbər verildiyi kimi, Avropa İttifaqı Aİ ölkələrində islahatların dəstəklənməsi və maliyyə sabitliyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir ki, bu da vahid Avropa valyutasının tətbiqi üçün zəruri şərtdir. Hazırda Avroqrupa 19 Avropa dövləti – Avstriya, Belçika, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, İspaniya, Latviya, Litva, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya, Slovakiya və Sloveniya daxildir. 2023-cü il yanvarın 1-də Xorvatiya Avrozonanın 20-ci üzvü olacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

six − 5 =