Amerikanın Ronald Reyqan hərbi gəmisi Tayvan sahillərindən yüzlərlə kilometr uzaqlaşıb

Amerikanın Ronald Reyqan hərbi gəmisi Tayvan sahillərindən yüzlərlə kilometr uzaqlaşıb

Çin ordusunun Tayvan sahilləri yaxınlığında irimiqyaslı hərbi manevrlərinə başlamasından sonra Amerikanın “USS Ronald Reagan” gəmisi bu ölkənin sahillərindən yüzlərlə kilometr uzaqlaşıb.

Sputnik saytının məlumatına görə, Çin Ordusuna bağlı Milli Müdafiə Akademiyasının professoru Ming Xiang Ping televiziyaya müsahibəsində vurğulayıb: Çin ordusunun Tayvan sahilləri yaxınlığında genişmiqyaslı hərbi manevrlərə başlamasından sonra, Amerikanın Ronald Reyqan gəmisi bu ölkənin sahillərindən yüzlərlə kilometr uzaqlaşıb.

O əlavə edib: Nensi Pelosinin Tayvana səfəri ilə eyni vaxtda bu ölkənin sahillərinə yaxınlaşan bu Amerika gəmisi dünən gecə Tayvan sahillərindən yüzlərlə kilometr uzaqlaşıb.

Keçən iyul ayında Çindəki xəbər mənbələri Nensi Pelosinin Tayvana səfəri ilə eyni vaxtda Ronald Reyqanın rəhbərlik etdiyi Amerika gəmilərinin Tayvan sahillərində yerləşəcəyini açıqlamışdı.

Dünən Çin ordusunun qırıcıları sərhəd xəttini keçərkən qısa müddət ərzində Tayvan səmasında uçub və 10 Çin hərbi gəmisi müvəqqəti olaraq Tayvan boğazını bağlayıb.

Dünən Çin ordusunun artilleriya bölməsi də Amerika rəsmisinin təxribatçı səfərindən sonra Tayvan boğazının şərqindəki suları döyüş güllələri ilə hədəfə alıb.

Çin ordusu ABŞ Konqresinin Nümayəndələr Palatasının Tayvana səfərindən sonra başlayan genişmiqyaslı hərbi təlimlərini avqustun 7-si bazar gününə qədər davam etdirəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

10 − 7 =