Arxeoloqlar torpaq altında yatan tarixi üzə çıxarmağa çalışırlar: Qaraçinar qədim yaşayış məskəni – VİDEO

Arxeoloqlar torpaq altında yatan tarixi üzə çıxarmağa çalışırlar: Qaraçinar qədim yaşayış məskəni – VİDEO

Goranboyun Qaraçinar kəndi ərazisində arxeoloji qazıntı işləri aparılır. Arxeoloqlar torpaq altında yatan tarixi üzə çıxarmağa çalışırlar. Beynəlxalq arxeoloji ekspedisiyanın tərkibində Azərbaycan alimləri ilə yanaşı, Fransa, Almaniya və İtaliyanın bir neçə elmi mərkəzindən olan mütəxəssislər də iştirak edirlər.

Arxeoloji qazıntıların ilkin nəticələrinə görə, Qaraçinar abidəsi Eneolit, İlk Tunc, Antik və Orta Əsrlər dövrlərini əhatə edir. Əldə edilən maddi mədəniyyət nümunələri və mədəni təbəqə yatımının xüsusiyyətlərinə əsasən, abidənin əsas hissəsi Erkən Tunc dövrünə aid edilir.

İlkin tədqiqatlar göstərir ki, Qaraçinar qədim yaşayış yeri Kür-Araz mədəni təbəqəsinin qalınlığı baxımından Cənubi Qafqaz ərazisində qeydə alınan ən böyük abidələrdən biridir. Arxeoloji qazıntılarda iştirak etmək üçün İtaliyadan gələn topoqraf mütəxəssis tərəfindən abidənin geniş topoplanı və qazıntı sahəsinin 3D görüntüləri hazırlanıb.

Abidədə aparılan tədqiqatlar zamanı müasir elmin tələblərinə uyğun metod və üsullardan istifadə edilib. Abidənin əhəmiyyəti nəzərə alınaraq burada arxeoloji işlərin gələcək illərdə də davam etdirilməsi qərara alınıb.

Daha ətraflı Baku TV-nin süjetində:

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

nineteen + nine =