Avqust ayında Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Avqust ayında Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib

Bu ilin avqust ayında Türkiyə limanları 5 min 549 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 731, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 818 olub.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanları 37 min 640 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 25 min 534, Türkiyə bayrağı altında olan gəmilər isə 12 min 106 olub”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyə limanları 2021-ci ildə ümumilikdə 51 199 gəmi qəbul edib.
Bunlardan 36 079-u digər ölkə bayrağı altında, 15 120-si isə Türkiyə bayrağı altında olan gəmilərdir.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

3 + eleven =