Avropada isti hava rekord göstəriciyə səbəb olub

Avropada isti hava rekord göstəriciyə səbəb olub

Avropanı bürüyən isti hava dalğası iyun ayında bir neçə temperaturun rekord həddə artmasına səbəb olub.

APA BBC-ə istinadən xəbər verir ki, bəzi yerlərdə temperatur normadan 20°C yuxarı olub.

Bildirilir ki, xüsusən də Norveçin Banak yarımadasında çərşənbə günü 32,5°C temperatur qeydə alınıb ki, bu da Avropanın Şimal dairəsində indiyə qədər qeydə alınmış ən yüksək temperatur hesab olunur. Bu ərazidə orta aylıq temperatur 13 dərəcə olur.

Polşada bazar ertəsi termometrlər +30°C-i, Almaniyanın şərqində isə +37°C-ni göstərib.

Sloveniya və Xorvatiyada da rekord temperatur qeydə alınıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

one × 5 =