Avropada Rusiya TƏHLÜKƏSİ: xüsusi bunker tikilir

Avropada Rusiya TƏHLÜKƏSİ: xüsusi bunker tikilir

Publika.az xəbər verir ki, bu barədə “EUobserver” məlumat yayıb.

Layihəni təsvir edən Aİ memorandumuna əsasən, bunkerə təxminən 100 nəfəri – 34-ə qədər rəhbər və 34 registratoru, həmçinin texniki personalı yerləşə biləcək.

Bunker gizli danışıqlara imkan verməli, Rusiya və digər casuslardan müdafiəni təmin etməlidir. O, böyük ekranlı rabitə və 30 tərcüməçi üçün təhlükəsiz kabinələrə qoşulmuş mikrofonlarla təchiz olunacaq.

İclas otağı uzaqdan tutula bilən elektromaqnit və radio dalğalarından qoruyacaq NATO tərəfindən sertifikatlaşdırılmış izolyasiya çərçivəsi ilə əhatə olunacaq.

Bildirilir ki, hətta təmizlik işçiləri içəri girmək üçün GİZLİ AB təhlükəsizlik icazəsi almalı olacaqlar. O, Aİ-nin maraqlarına həssas olan məlumatlara giriş icazəsi olanlara verilir.

Gizli danışıqların iştirakçılarından smartfonlarını və digər qadcetlərini bunkerdən kənarda səs keçirməyən şkaflarda tərk etmələri tələb olunacaq.

Obyektin hazırda sammitlərin keçirildiyi Brüsseldəki Aİ Şurası kompleksində 2024-cü ilə qədər inşa edilməsi planlaşdırılır. Hələlik dəqiq yer müəyyən edilməyib.

Bunkerin tikintisi ilə bağlı qərar Rusiyanın Ukraynaya müdaxiləsi, Aİ və NATO-nun birgə silahlı qüvvələrinin yaradılması planları fonunda qəbul edilib. Həmçinin bildirilir ki, Belçika bu yaxınlarda siqnalların ələ keçirilməsində ixtisaslaşmış iki rus casusunu ölkədən çıxarıb. Bununla belə, son illərdə Aİ-nin telefon dinləmələri ilə bağlı qalmaqallarda Çin və İsrail də iştirak edib.

Xatırladaq ki, daha əvvəl Almaniyanın “Bild” nəşri Rusiya prezidenti Vladimir Putinin 2000-ə yaxın agentinin Almaniyada işlədiyini yazmışdı.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

eleven + eleven =