Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Əfqanıstandakı vəziyyət də müzakirə edilib

Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Əfqanıstandakı vəziyyət də müzakirə edilib

Azərbaycan, Özbəkistan və Türkiyənin ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin iştirakı ilə üçtərəfli görüşlərinin keçirilməsi aidiyyəti sahələrdə birgə layihələrin inkişafı və təşviq edilməsinə yardım edəcək.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan və Türkiyə XİN başçıları ilə üçtərəfli görüşündən sonra mətbuata birgə açıqlamasında deyib.

Ceyhun Bayramov vurğulayıb ki, üçtərəfli görüş zamanı tərəflər ölkələr arasındakı əməkdaşlığın potensialının tam reallaşdırılması üçün iqtisadiyyat, ticarət, sərmayə və nəqliyyat sahələri ilə bağlı müzakirələr aparıblar.

Nazirlər xüsusilə də alternativ enerji olmaqla, enerji sahəsində əməkdaşlıq əlaqələrinə diqqət yetiriblər. Söhbət zamanı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın əlaqələri müzakirə edilib. Trans-Xəzər Şərq-Qərb nəqliyyat dəhlizi, həmçinin Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin bu istiqamətdəki roluna diqqət yetirilib.

Ceyhun Bayramov qeyd edib ki, nazirlər həmçinin Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı beynəlxalq ictimaiyyət tərəfindən Əfqanıstandakı vəziyyətlə bağlı xüsusilə də humanitar yardımlar olmaqla, tutarlı addımların atılmasının zəruriliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov vurğulayıb ki, üçtərəfli görüşün nəticəsi olaraq qardaş ölkələrin xarici işlər nazirləri tərəfindən imzalanmış Daşkənd Bəyannaməsi qarşılıqlı maraq doğuran sahələrdə birgə əməkdaşlığa marağın sübutudur.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

16 + sixteen =