Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin birinci üçtərəfli görüşü keçirilir

Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin birinci üçtərəfli görüşü keçirilir

Daşkənddə Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin birinci üçtərəfli görüşü başlayıb.

“Report” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, görüş üç ölkənin xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirliklərinin rəhbərlərinin iştirakı ilə keçirilir.

Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov üçtərəfli görüşü giriş sözü ilə açıb: “Beynəlxalq münasibətlərdə və qlobal iqtisadiyyatda gedən sürətli və qeyri-müəyyən prosesləri nəzərə alsaq, Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatının yaradılmasına əvvəlki dövrlərlə müqayisədə bu gün daha çox ehtiyac var”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 × four =