Bəşər Əsəd Hələb şəhərində Qurban bayramı namazı qılıb-Foto

Bəşər Əsəd Hələb şəhərində Qurban bayramı namazı qılıb-Foto

Suriya Prezidenti Bəşər Əsəd builki Qurban bayramı namazını ölkənin şimalındakı Hələb şəhərində qılıb.

Bu gün (şənbə) Suriyanın müxtəlif şəhərlərində bu ölkə xalqının əhəmiyyətli iştirakı ilə Qurban bayramı namazı qılınıb.

Suriyanın “Əl-Əxbariyyə” kanalı bu gün səhər saatlarında Prezident Bəşər Əsədin Hələb vilayətindən olan yüzlərlə insanla birlikdə bu şəhərdə bayram namazı qıldığını bildirib.

Bu xəbərə görə, Bəşər Əsəd Hələb şəhərindəki “Abdullah bin Abbas” məscidində iştirak edib və Qurban bayramı namazını qılıb.

Dünən Suriya prezidenti Hələb şəhərinin istilik elektrik stansiyasının beşinci blokunun açılışı üçün bu əyalətə daxil olub. Dünən onlarla suriyalı Bəşər Əsədi qarşılayıb.

“Əl-Məyadin” kanalı Suriya Prezidentinin Hələb əyalətinin azad edilməsindən sonra ilk dəfə olaraq bu şəhərə daxil olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

twelve + two =