Bəşər Əsəd torpaqların azad edilməsindən sonra ilk dəfə Hələbə daxil olub-Foto

Bəşər Əsəd torpaqların azad edilməsindən sonra ilk dəfə Hələbə daxil olub-Foto

Suriya Prezidenti Hələb vilayəti azad ediləndən sonra ilk dəfə olaraq elektrik stansiyasının açılışına qatılıb.

Suriya Prezidenti Bəşər Əsəd Hələbin azad edilməsindən sonra ilk dəfə bu əyalətə bu gün (cümə) daxil olub.

Suriyanın rəsmi xəbər agentliyi (SANA) ölkə prezidentinin əyalətin şərqində, Hələbdə bir müddət əvvəl təmir edilmiş istilik elektrik stansiyasının beşinci blokuna baş çəkdiyini bildirib.

SANA xatırladıb ki, bu ölkənin ordu qüvvələri 6 il əvvəl bu vilayətin şərqindəki istilik elektrik stansiyasını azad edib və bu yaxınlarda ölkənin mühəndisləri bu elektrik stansiyasını yenidən tikməyə nail olublar.

Bu hesabata görə, yenidənqurmadan sonra Hələb vilayətini elektrik enerjisi ilə təmin etmək üçün bu elektrik stansiyasının beşinci blokunda 200 meqavat elektrik enerjisi istehsal olunacaq.

Suriyanın rəsmi xəbər agentliyi də bu səfərdə Bəşər Əsədi Nazirlər Kabinetinin rəhbəri “Hüseyn Arnous”, elektrik naziri “Ğəssan Əl-Zamil” və Hələb qubernatoru “Hüseyn Diab”ın müşayiət etdiyini qeyd edib.

 “Əl-Məyadin” şəbəkəsi Bəşər Əsədin Hələbə səfərinin bu vilayətin terrorçulardan azad edilməsindən sonra ilk dəfə baş tutduğunu qeyd edib.

Ötən ilin oktyabrında Hələb elektrik stansiyasının yenidən qurulmasının İranın Mapna qrupunun gündəmində olan məsələlərdən biri olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

three × 2 =