Bakıda AĞIR QƏZA: 3 ÖLÜ, 2 YARALI

Bakıda AĞIR QƏZA: 3 ÖLÜ, 2 YARALI

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Zabrat-Maştağa şosesində baş verib.

10-GV-746 dövlət nişanlı “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1996-ci il təvəllüdlü Orxan Hüseynov əks yola çıxıb. Bu zaman “VAZ-2106” ilə “BMW” markalı maşın toqquşub. Zərbənin gücündən “VAZ-2106”nın sürücüsü və sərnişinləri Rüstəm Ağayev və Həsən Məmmədov hadisə yerində ölüb. “BMW”-nin sürücü və sərnişini ağır xəsarət alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Ölən hər üç şəxsin meyiti morqa təhvil verilib.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

9 − two =