Bakıda baha, rayonda alan yox – FERMERLƏRİN KARTOF DƏRDİ

Bakıda baha, rayonda alan yox – FERMERLƏRİN KARTOF DƏRDİ

Yazın əvvəlində faraş kartofun kifayət qədər baha qiymətə satılması bir çox istehsalçıların ürəyindən idi, lakin bu günə kimi. Cəlilabadlı fermerlər məhsulun bolluğuna bir tərəfdən sevinsələr də, digər tərəfdən bu qədər məhsulu necə satacaqlarının dərdini çəkirlər. Yığımı davam edən kartofun qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və məhsulun satışındakı durğunluq fermerləri narahat edir. Niyə? Çünki faraş kartofun 1 kq-nın qiyməti bir neçə həftə əvvəl 1 manata idisə, indi 25-30 qəpiyədir. İstehsalçılar deyirlər ki, bu qiymətə məhsulun satılması ona çəkilən xərcləri belə ödəmir.

Cəlilabadda sahələrin 70 faizində kartof yığımı yekunlaşıb. Lakin hələ də qiymətlərin qalxacağını gözləyən fermerlər var ki, onlar öz məhsullarını sahələrdə saxlayırlar. Amma bu, risklidir. Çünki havaların getdikcə qızması məhsulun çürüməsinə səbəb ola bilər.

Fermerlərin sözlərinə görə, yerli kartof daha çox Rusiyaya ixrac olunur. Hazırda isə şimal qonşumuzun müxtəlif vilayətlərində kartof yığımının başlaması Cəlilabadda istehsal olunan kartofa tələbatı azaldıb. Ölkədaxili bazarlara gəldikdə isə…

Fermerlərin sözlərinə görə, sahədə onlardan ucuz alınan kartof bazar və marketlərdə, eləcə də paytaxtda bir neçə dəfə baha qiymətə satılır.

Mütəxəssislər bildirirlər ki, bölgədə emal müəssisələrinin yaradılması bu sahədəki mövcud çətinliklərin aradan qaldırılmasına kömək edə bilər.

Bundan başqa, xüsusi saxlanc yerləri və kartof toxumçuluğunun yaradılması da bu sahədəki durğunluğun aradan qaldırılmasına təkan verə bilər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

15 + fourteen =