Bakıda və rayonlarda güclü külək əsəcək – PROQNOZ

Bakıda və rayonlarda güclü külək əsəcək – PROQNOZ

Milli Hidrometeorologiya Xidmətindən Publika.az a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə müsbət 19-24°, gündüz 33-38°, dağlarda gecə müsbət 7-12°, gündüz 17-22° isti olacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four × 4 =