“Barselona”nın futbolçusu “Tottenhem”də oynayacaq –

“Barselona”nın futbolçusu “Tottenhem”də oynayacaq –

“Barselona”nın müdafiəçisi Kleman Lanqle karyerasını “Tottenhem”də davam etdirəcək.

Belə ki, klublar bir mövsümlük icarə barədə razılaşıblar.

Lakin londonlular 27 yaşlı fransızı ala bilməyəcəklər. Onun maaşının bir hissəsini Kataloniya klubu ödəməyə davam edəcək.

Qeyd edək ki, Lanqle 2018-ci ilin yayında “Sevilya”dan “Barselona”ya keçib. Dörd mövsümdə o, komandanın heyətində 158 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədər qüvvədədir.

Mənbə: telesport.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

3 × four =