Böyük Britaniyada dəmiryolu işçiləri tətil edir

Böyük Britaniyada dəmiryolu işçiləri tətil edir

Böyük Britaniyada əməkhaqqının artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edən dəmiryolu işçiləri növbəti dəfə tətil edir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, tətilin təşkilatçısı Dəmiryolu, dəniz və yol nəqliyyatı işçilərinin Həmkarlar İttifaqıdır (RMT). Tətildə 40 mindən çox dəmiryolu işçisi iştirak edir.

Tətil şəraitində bu gün ümumi dəmiryolu daşımalarının yalnız 20%-i həyata keçirilir.

Tətilçilər 9,4%-lik inflyasiya fonunda əməkhaqqının artırılmasını tələb edirlər. Şirkətlər əməkhaqqının ilin sonunadək 4% artırılmasını təklif etsə də, tətilçilər bu təklifi rədd ediblər. Tərəflər arasında razılıq əldə olunmasa, 30 iyul, 18, 19 və 20 avqust tarixlərində birgünlük tətillərin keçiriləcəyi bildirilir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

twelve − 2 =