“British Airways” minlərlə reysi ləğv edib

“British Airways” minlərlə reysi ləğv edib

“British Airways” işçi çatışmazlığı səbəbindən qış dövrü üçün planlaşdırılan 10 minə yaxın uçuşun ləğv edildiyini açıqlayıb.

Avropada hava limanlarında kadr çatışmazlığı aviaşirkətlərin fəaliyyətinə mənfi təsir göstərir.

Aviaşirkət mart ayının sonuna qədər səkkiz faiz uçuşu azaltmaq qərarı verib.

Qeyd edilib ki, qərar Londonun “Heathrow” hava limanına aiddir.

Açıqlamada oktyabrın 29-dək bu hava limanında 600-dən çox aviareysin ləğv ediləcəyi də bildirilib.

Şirkət yay aylarında uçuşların intensivliyini azaltmaq məqsədilə onları ləğv etmək qərarı vermişdi.

Mənbə: TRT Haber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

seven + 7 =