Cənubi Çin dənizində göyərtəsində 30 nəfər olan

Cənubi Çin dənizində göyərtəsində 30 nəfər olan

gəmi ikiyə bölündü

İyulun 2-də səhər saatlarında Honkonqdan cənub-qərbdə, Cənubi Çin dənizi sahillərində mühəndis gəmisi qəzaya uğrayıb.

Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilir ki, göyərtəsində 30 ekipaj üzvü olan gəmi naməlum səbəblərdən iki hissəyə bölünüb.

https://player.baku.tv/embed/56726 Qəza yerinə xilasedici gəmi, bir təyyarə və iki helikopter yollanıb, lakin ərazidə hazırda tüğyan edən “Çaba” qasırğası onlara mane olur. Heyət üzvlərindən yalnız üçü xilas edilib, qalanlarının taleyi məlum deyil. Axtarış davam edir.

Qeyd edək ki, Çaba tropik qasırğası ilə əlaqədar Honkonqda səkkizinci səviyyəli tufan xəbərdarlığı elan edilib.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

seven + 11 =