Cənubi Koreyada qasırğa səbəbindən yüzlərlə aviareys təxirə salınıb

Cənubi Koreyada qasırğa səbəbindən yüzlərlə aviareys təxirə salınıb

“Hinnamnor” qasırğasının yaxınlaşması səbəbindən Cənubi Koreyada yüzlərlə daxili aviareys təxirə salınıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrində bərələrin də hərəkəti dayandırılıb.

Qasırğanın Koreyanın Çecudo adasının yaxınlığından keçəcəyi və sürəti 216 km/saata çata biləcək güclü külək gətirəcəyi gözlənilir. Adada yerli səlahiyyətlilər məktəblərdə dərsləri ləğv edib, bir çox müəssisələr bağlanıb.

Proqnozlara görə, sabah, qasırğa sentyabrın 6-da səhər saatlarında Koreyanın ikinci ən böyük şəhəri olan Pusanın qonşuluğunda yerləşən ərazilərə “hücum edəcək”.

Paytaxt Seulda qasırğanın yaxınlaşması ilə əlaqədar olaraq, ibtidai və orta məktəblərdə dərslər çərşənbə axşamından etibarən onlayn rejimdə keçiriləcək.

Cənubi Koreya Meteorologiya Xidməti tufan səbəbindən ölkə ərazisində çox güclü külək və leysan, sahilyanı ərazilərdə yüksək dalğalar, tufanlar və sunamilər gözlənildiyinə dair xəbərdarlıq edib.

Hazırda qasırğaya dörd təhlükə kateqoriyasından üçüncüsü təyin edilib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

3 + 11 =