Çin raketləri Yaponiyanın iqtisadi zonasının ərazisinə düşüb

Çin raketləri Yaponiyanın iqtisadi zonasının ərazisinə düşüb

Çinin hərbi təlimlər zamanı buraxdığı ballistik raketlər Yaponiyanın müstəsna iqtisadi zonasının ərazisinə düşüb.

Trend-in məlumatına görə, Yaponiyanın müdafiə naziri Nobuo Kisi bildirib.

O bildirib ki, Yaponiya hökuməti bununla bağlı Çinə etiraz ünvanlayıb.

Nazirin sözlərinə görə, ümumilikdə 5 raket Yaponiya suları daxilində yerləşən müstəsna iqtisadi zonaya düşüb.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Çin regionda hərbi təlimlərə başlayıb və bir neçə raket atışı həyata keçirib.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

seven + one =