Çin Xarici İşlər Nazirliyi: Amerika yalanlar imperiyasıdır

Çin Xarici İşlər Nazirliyi: Amerika yalanlar imperiyasıdır

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Amerika rəsmilərinin dünyada törətdikləri böhranlarla bağlı çoxsaylı yalanlarına istinad edərək, ABŞ-ın yalanlar imperiyası olduğunu bildirib.

Amerika rəsmilərinin Çini dünya nizamını pozan, həmçinin Ukraynadakı müharibədə Rusiyaya kömək edən hərəkətlərlə bağlı dəfələrlə ittiham etməsi Pekinin kəskin reaksiyası ilə müşayiət olunub.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian cümə axşamı axşam Twitter səhifəsində yazıb: “Onlar (ABŞ rəsmiləri) yalan danışırlar. Amerika yalanlar imperiyasıdır.

Zhao öz tvitində ABŞ-ın keçmiş yüksək rütbəli diplomatlarının şəkillərini, o cümlədən, ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauelin İraq haqqında, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun Liviya ilə bağlı və nümayəndə Nikki Heylinin BMT-də Suriya haqqındakı yalanlarını paylaşıb.

Bundan əvvəl o, NATO-nun keçmiş Yuqoslaviya, İraq, Liviya və Əfqanıstana hücumlarına toxunaraq, NATO üzvlərinin müxtəlif ölkələri bombalamasını bu alyansın aqressivliyinin simvolu adlandırıb və deyib: “NATO müdafiə alyansıdırmı? Bu əsrin zarafatıdır.”

Digər tərəfdən, Çinin xarici işlər naziri Vanq Yi amerikalı həmkarı Entoni Blinkenlə beş saatlıq açıq söhbətdən sonra Vaşinqton və Pekin arasında münasibətlərin yolundan sapma təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

fifteen − three =