Çində 6,8 bal gücündə zəlzələ olub

Çində 6,8 bal gücündə zəlzələ olub

Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində 6,8 bal gücündə zəlzələ olub.

“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Seysmoloji şəbəkəsi yayıb.

Bildirilib ki, təbii hadisə əyalətin Qayntszı-Tibet muxtar dairəsinin Ludin qəsəbəsində baş verib. Zəlzələnin ocağı 16 km dərinlikdə yerləşib.

İtki və dağıntılar barədə məlumat hələ ki yayılmayıb.

Hadisə yerinə dövlət rəsmiləri yollanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

one × 3 =