Çində daşqınlar nəticəsində ölənlərin sayı artıb

Çində daşqınlar nəticəsində ölənlərin sayı artıb

Çinin şimal-qərbində baş verən daşqınlar nəticəsində ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hazırda ölü sayı 23 nəfər təşkil edir. Daha 8 nəfərin itkin düşdüyü bildirilir.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, son 24 saat ərzində 23 nəfər xilas edilib. Təbii fəlakət zonasında 6,2 mindən çox insan olub.

Bölgəyə avqust ayında son 50 ilin orta göstəricisindən yüksək yağıntılar düşüb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

three × two =