Çində zəlzələ nəticəsində ölənlərin sayı 82 nəfərə yüksəlib

Çində zəlzələ nəticəsində ölənlərin sayı 82 nəfərə yüksəlib

Çinin Sıçuan əyalətində baş vermiş 6,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 80 nəfəri ötüb.

Bu barədə “Report” Çin Mərkəzi Televiziyasına istinadən məlumat yayıb.

“Sentyabrın 8-də saat 8:00-a (Bakı vaxtı ilə 04:00) Sıçuan əyalətinin Ludinq dairəsində 6,8 bal gücündə zəlzələ 82 nəfərin ölümünə səbəb olub”, – məlumatda deyilir.

Qeyd olunub ki, 270-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 62 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, Siçuan vilayətinin Qanzi Tibet muxtar prefekturasında sentyabrın 5-də yerli vaxtla saat 12:52-də (Bakı vaxtı ilə 8:52) 6,8 bal gücündə zəlzələ olub. Çin Seysmologiya Mərkəzinin məlumatına əsasən, zəlzələ ocağı yer səthindən 16 kilometr dərinlikdə olub. Yeraltı təkanların episentri olan Ludin rayonunda 5 kilometr radiusunda bir neçə kənd var.

Elə dağıntı və tələfatın əsas hissəsi də həmin yaşayış məntəqələrində qeydə alınıb. Zəlzələ nəticəsində çox sayda tikiliyə, o cümlədən yaşayış binalarına, fərdi evlərə, infrastruktura ciddi ziyan dəyib. Zəlzələ bəzi yerlərdə torpaq sürüşməsinin yaranmasına, nəticədə avtomobil yollarının bağlanmasına səbəb olub. Bu səbəbdən xilasedicilərin zəlzələnin təsirinə məruz qalmış dağlıq zonadakı bəzi yaşayış məntəqələrinə çatmasına xeyli vaxt sərf edilib. Bundan başqa, afterşoklar və yağış axtarış-xilasetmə işlərinə mane olur.

Bundan başqa, kommunikasiya və elektrik xətlərinə, su kəmərlərinə, 7 su elektrik stansiyasına ziyan dəyib. Zəlzələ qonşu prefekturalarda, hətta episentrdən 200 kilometrdən çox məsafədə yerləşən Siçuan vilayətinin paytaxtı Çendu şəhərində də hiss olunub.

Xatırladaq ki, Çinin Siçuan vilayəti aktiv zəlzələ zonası hesab olunur. Burda tez-tez müxtəlif gücdə zəlzələlər qeydə alınır. Bunlardan ən dağıdıcısı isə 2008-ci ildə baş verən 8 ballıq zəlzələdir. Həmin zəlzələ 70 min nəfərin ölümünə və təxminən 18 min insanın itkin düşməsinə səbəb olmuşdu.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 × 2 =