Çindən Amerikaya xəbərdarlıq: Odla oynamayın!

Çindən Amerikaya xəbərdarlıq: Odla oynamayın!

Çin prezidenti Si Cinpin amerikalı həmkarı Co Baydenlə telefon danışığında ABŞ-a Tayvana qarşı odla oynamamaq barədə xəbərdarlıq edib.

Sinxua dövlət mediası Çin prezidenti Si Cinpinin ABŞ-la sıx əlaqələri olan, lakin Çinin öz ərazisinin bir hissəsi hesab etdiyi demokratik ada Tayvana qarşı ABŞ-ın siyasəti haqqında sərt sözlər dediyini bildirib.

Si Cinpin Baydenə deyib: “Odla oynayanlar nəticədə yanacaqlar. Ümid edirəm ki, Amerika tərəfi bunu tam başa düşür.”

ABŞ prezidenti Co Bayden və çinli həmkarı Si Cinpin də cümə axşamı gecəsi telefon danışığı zamanı ilk təkbətək görüşü planlaşdırmaq barədə razılığa gəliblər.

AFP xəbər agentliyinin məlumatına görə, bu görüşün vaxtı və yeri barədə heç nə dərc edilməyib.

Bayden Ağ Evə daxil olduqdan sonra Çin və ABŞ prezidentləri arasında beş telefon və video danışılar olsa da, iki lider arasında heç bir üzbəüz görüş keçirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

3 × 2 =