Çörçillin erməni fotoqraf tərəfindən çəkilən fotoportreti oğurlandı, yerinə isə…

Çörçillin erməni fotoqraf tərəfindən çəkilən fotoportreti oğurlandı, yerinə isə…

Ottavada Böyük Britaniyanın baş naziri Uinston Çörçillin ən məşhur fotolarından birinin orijinalı “Chateau Laurier” otelindən oğurlanaraq saxtası ilə əvəz edilib.

Publika.az xəbər verir ki, bu barədə “CTV News” məlumat yayıb.

“Nərildəyən Aslan” şəklini kanadalı fotoqraf Yusuf Karş 1941-ci ilin dekabrında siyasətçinin Kanada parlamentində İkinci Dünya Müharibəsi ilə bağlı çıxışından sonra çəkib. Çəkiliş dərhal əvvəl Karş Çörçillin siqarını götürüb və baş nazirin kameraya hirslə baxmasına səbəb olub.

Çörçill o zaman demişdi: “Siz hətta nərə çəkən aslanı belə bir fotoşəkil üçün yerindən tərpətməyə bilərsiniz”.

Otel işçiləri fotonun səhv asıldığını və fərqli çərçivədə olduğunu görüblər. Araşdırmalar nəticəsində fotonun surəti ilə əvəz olunduğu məlum olub. Otel rəhbərliyi oğurluq barədə məlumatı olan hər kəsi yerli hakimiyyət orqanları ilə əlaqə saxlamağa çağırıb.

Yusuf Qarş erməni əsilli kanadalı fotoqrafdır. Metropolitan İncəsənət Muzeyi onu 20-ci əsrin ən böyük portret rəssamlarından biri adlandırır. Karş Uolt Disney, Ernest Heminquey, Martin Lüter Kinq, Pablo Pikassonun, Endi Uorholun, Kraliça II Elizabetin və digər şəxsiyyətlərin portretlərini çəkib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

1 + six =