Dəhşətli qəza: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR – Video

Dəhşətli qəza: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR – Video

Tovuzda ağır yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

“VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində 25 yaşlı Həzirətabbas Hümbətov və 17 yaşlı Aykut Atayev hadisə yerində dünyasını dəyişiblər. Daha 3 nəfər – 13 yaşlı Uğur Hüseynov, 21 yaşlı Elşən Quliyev və 20 yaşlı Nurlan Abbasov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

seven − five =