Darya Duqinaya qarşı sui-qəsdin detalları açıqlanıb

Darya Duqinaya qarşı sui-qəsdin detalları açıqlanıb

Moskva vilayətindən qətlə yetirilən Darya Duqinanın avtomobilinin məsafədən idarə olunan bomba ilə partladıldığı məlum olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından bildirilib.

Qeyd olunub ki, avtomobilə yerləşdirilən bomba məsafədən işə salınıb.

Duqinanın avtomobilində olan partlayıcı qurğunun gücü 400 qram tratil ekvivalenti təşkil edib. Partlayıcı qurğunun bir hissəsinin ekspertizaya göndərildiyi bildirilib.

Qeyd edək ki, Darya Duqina Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızıdır.

Jurnalist və politoloq Darya Duqinanın idarə etdiyi avtomobil avqustun 20-də axşam saatlarında Moskva vilayətinin Odintsovo rayonundakı Mojayskoye şossesində hərəkətdə olarkən yanıb. İlkin versiyaya görə, avtomobildə quraşdırılmış partlayıcı qurğu işə düşüb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

19 − two =