Düyünə çevrilən Arktika: yeni müharibə anonsu verildi

Düyünə çevrilən Arktika: yeni müharibə anonsu verildi

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Agentliyin məlumatına görə, Arktika məkanında əhəmiyyətli əraziyə malik olan Rusiya artıq bir neçə ildir ki, regionda hərbi mövcudluğunu modernləşdirir və genişləndirir. Qeyd olunur ki, Ukraynada hərbi xüsusi əməliyyatın başlamasına bir neçə həftə qalmış Moskva və Pekin daimi soyuqluq olan ərazilərdə layihələrin birgə həyata keçirilməsinə dair ikitərəfli saziş imzalayıblar.

Bundan əlavə, nəşrin müəllifləri vurğulayıblar ki, cəmi bir neçə gün əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Kanadaya işgüzar səfəri zamanı Rusiya Federasiyası və Çinin Arktikada hərəkətlərinin nəinki ABŞ, həm də Aİ ölkələrinin maraqlarına zidd olduğunu bildirib.

Bununla bağlı ABŞ prezidentinin administrasiyası artıq regionun gücləndirilməsi üçün Arktikada yeni xüsusi tapşırıqlar üzrə səfirin təyin olunduğunu bəyan edib. Eyni zamanda, nəşr onu da əlavə edib ki, siyasi qüvvələrin belə balansı yeni soyuq müharibənin yaranmasına gətirib çıxara bilər ki, bunun da əsas mühərriki ABŞ, Rusiya və Çinin mədən ehtiyatlarını əldə etmək istəyi olacaq.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

13 − 5 =