Edinson Kavani İspaniya klubu ilə razılığa gəldi

Edinson Kavani İspaniya klubu ilə razılığa gəldi

Uruqvaylı hücumçu Edinson Kavani “Villarreal”a keçməyə yaxındır.

Bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında yazıb.

Mənbənin məlumatına görə, 35 yaşlı futbolçu İspaniya klubu ilə prinsipial razılığa gəlib. “Villarreal” UEFA Konfrans Liqasının təsnifat mərhələsinin pley-off raundundan sonra Kavanini transfer etməyi planlaşdırır.

Qeyd olunur ki, “Nitsa” hələ də hücumçunun qarşısını almağa ümid edir və yeni təklif hazırlayır.

Xatırladaq ki, Edinson Kavani ötən mövsümü İngiltərə Premyer Liqasında “Mançester Yunayted”də keçirib. Uruqvaylı futbolçu 15 görüş keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi bu ilin iyununda başa çatıb.

Mənbə: Championat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

six − four =