Ehud Barak: İranın İsraili məğlub etmək qabiliyyəti heç vaxt nəzərdən qaçırılmamalıdır

Ehud Barak: İranın İsraili məğlub etmək qabiliyyəti heç vaxt nəzərdən qaçırılmamalıdır

Sionist rejimin keçmiş baş naziri bir məqaləsində İranın sionist rejimi məğlub etmək qabiliyyətinə malik olduğunu etiraf edib.

Sionist rejimin keçmiş baş naziri Ehud Barak məqaləsində yazıb ki, İranın İsraili məğlub etmək qabiliyyəti heç vaxt küçümsənməməlidir.

Ehud Barakın “Time” jurnalında yazdığı məqalədə: “İranın İsraili və başqalarını qorxutmaq, normal həyatı pozmaq və ya İsraili iflasa uğratmaq istəklərini bir an belə gözdən qaçırmıram.” – deyə bildirib.

Bu məqalədə Barak Amerika hökumətinə təklif edib ki, İranın nüvə proqramı ilə bağlı heç bir məlumat diqqətdən kənarda qalmaması üçün bir neçə ölkədən ibarət qrup toplasın.

Bu məqalənin başqa bir hissəsində o, İranın dron silahları sahəsində irəliləyişinə toxunub və bununla bağlı narahatlığını ifadə edib: “İran uranı zənginləşdirməyə davam edib və Rusiyanın nəzarətində olması lazım olan ölkədən onu silahlı pilotsuz təyyarələrlə təchiz edən bir ölkəyə çevrilib.”

Ehud Barak bu məqaləsində Vaşinqtonun Bərcamdan çıxmasından sonra Amerika və sionist rejimin İranın hərbi obyektlərinə hücum planı hazırlamamasından təəccübləndiyini bildirib.

O yazıb: “Naməlum səbəblərdən ABŞ-ın 2018-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasından sonra nə ABŞ, nə də İsrail hərbi alternativ proqram, yəni İranın nüvə proqramını bir neçə dəfə ləngitməyə qadir olan proqram yaratmadı. “

Ehud Barak qeyd edib ki, ötən 12 və ya 4 ildə İranın nüvə proqramını gerilədə biləcək hərbi variantlar planının olması ehtimalı var idi, indi isə belə variant yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

4 × 1 =