Ermənistan yenidən bataqlığa düşməyi arzulayırsa… – DEPUTAT

Ermənistan yenidən bataqlığa düşməyi arzulayırsa… – DEPUTAT

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Qarabağ torpaqlarının 30 illik işğalı dövründə də Ermənistan ən böyük ziyanı özünə vurub, regional layihələrdən, kommunikasiyalardan kənarda qaldı, qlobal qınaqla üzləşdi, bütün dünyanın nifrətini qazanıb: “Halbuki zamanında xalqının taleyini düşünən bir prezidenti, bir məntiqli idarəçisi, rəhbəri olsaydı vəziyyət bu yerlərə gəlib çıxmazdı. Amma çıxdı. Çünki Ermənistan hər zaman səhv yolda oldu. Ermənistan tərəfdən qərarlar hər zaman yanlış verildi. Ən qəribəsi isə odur ki, tarixin verdiyi heç bir dərsdən bunlar nəticə çıxara bilmirlər. Yenə öz amplualarındadır, yenə bataqlığın dibinə getməyi arzulayırlar”.

E.Musayev vurğulayıb ki, Azərbaycan çox güclüdür və bu güc tükənməzdir, “Dəmir Yumruq” da yerindədir: “Ermənistanın nəyisə başa düşməməyi isə onun öz qəbahəti, öz ağılsızlığıdır. Ermənistan rəhbərliyi hazırda düzgün qərarlar verməli, revanşistlərin fitvasına uymamalı, sülh müqaviləsinin bağlanmasında maraqlı olmalı, reallıqla barışmalıdır”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

thirteen + 15 =